Bakıda ABŞ universitetlərinin təhsil sərgisi keçirilir

Bakıda ABŞ universitetlərinin təhsil sərgisi keçirilir Sərgidə 25-dən çox ABŞ universitetinin təhsil proqramları təqdim olunub
Elm və təhsil
30 Aprel , 2016 12:25
Bakıda ABŞ universitetlərinin təhsil sərgisi keçirilir

Bakı. 30 aprel. REPORT.AZ/ Bakıda “Alumni Fair”adlı ABŞ universitetlərinin təhsil sərgisi keçirilir. "Report"un məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə keçirilən tədbirdə 25-dən çox ABŞ universitetinin proqramı və digər təhsil proqramları təqdim olunub.

Tədbirin məqsədi xaricdə təhsillə maraqlanan şəxsləri ABŞ universitetlərində təhsil almaq imkanları haqqında ətraflı məlumatlandırmaqdır. Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi məzunlarla görüşüb, onları maraqlandıran suallara cavab ala bilərlər. Sərgi ziyarətçilərinə ABŞ-dakı təhsil proqramları haqqında məlumat veriləcək, zəruri material və bukletlər təqdim olunacaq.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, 2014-2015 illərdə ABŞ-da 400-dən çox azərbaycanlı tələbə təhsil alıb. Ümumiyyətlə, son 10 ildə ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı 6,5% artıb.

Son xəbərlər

Orphus sistemi