Yuxarı

Bakıda ABŞ universitetlərinin təhsil sərgisi keçiriləcək

Sərgidə 20-dən çox ABŞ universitetinin proqramı və digər təhsil proqramları təqdim olunacaq

Bakı. 28 aprel. REPORT.AZ/ Aprelin 30-da Bakıda “Alumni Fair” adlı ABŞ universitetlərinin təhsil sərgisi keçiriləcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə keçiriləcək tədbirdə 20-dən çox ABŞ universitetinin proqramı və digər təhsil proqramları təqdim olunacaq.

Tədbirin məqsədi xaricdə təhsillə maraqlananları ABŞ universitetlərində təhsil alma imkanları haqqında məlumatla təmin etməkdir. Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi məzunlarla görüşüb, onları maraqlandıran suallarla onlara müraciət edə biləcəklər.

Məzunlara ABŞ universitetlərinin təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcəklər və sərgi iştirakçılarını materiallarla, bukletlərlə təmin edəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi