Bakıda ABŞ təhsil sərgisi keçirilib

Bakıda ABŞ təhsil sərgisi keçirilib Bakı. 21 aprel. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyi və Amerika Beynəlxalq Təhsil Şurasının dəstəyilə EducationUSAın “Alumni Fair” adlı təhsil sərgisi keçirilib.
Elm və təhsil
21 Aprel , 2018 17:38
Bakıda ABŞ təhsil sərgisi keçirilib

Bakı. 21 aprel. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyi və Amerika Beynəlxalq Təhsil Şurasının dəstəyilə "EducationUSA"ın “Alumni Fair” adlı təhsil sərgisi keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, sərgi xaricdə təhsillə maraqlananlar üçün ABŞ universitetlərində oxumaq imkanları haqqında məlumat əldə etməyə fürsət yaradıb. 

Tədbir çərçivəsində tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbilərlə görüşüb, onları maraqlandıran suallara cavab tapmağa çalışıblar.

Sərgidə ABŞ-ın 17-dən çox universiteti və müxtəlif təqaüd proqramları təmsil olunub. ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları təhsil aldıqları universitetlərlə maraqlanan sərgi iştirakçıları ilə danışıb, onları məlumat və bukletlərlə təmin edib.

Son xəbərlər

Orphus sistemi