Bakı və Naxçıvan dilçilərinin videogörüntü vasitəsilə respublika konfransı keçirilib

Bakı və Naxçıvan dilçilərinin videogörüntü vasitəsilə respublika konfransı keçirilib Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nəsimi adına Dilçilik İnstitutu və AMEA-nın Naxçıvan bölməsinin Dilçilik İnstitutunun əməkdaşları videogörüntü vasitəsilə respublika konfransı keçirib.
Elm və təhsil
29 Aprel , 2019 12:17
Bakı və Naxçıvan dilçilərinin videogörüntü vasitəsilə respublika konfransı keçirilib
Report
0 : 00
0 : 00

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nəsimi adına Dilçilik İnstitutu və AMEA-nın Naxçıvan bölməsinin Dilçilik İnstitutunun əməkdaşları videogörüntü vasitəsilə respublika konfransı keçirib.

"Report" xəbər verir ki, konfrans Azərbaycanın görkəmli dilçi alimi, Əməkdar elm xadimi, professor Yusif Seyidovun anadan olmasının 90 illiyinə həsr olunub.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Nəsimi adına Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü, professor, deputat Nizami Cəfərov, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova və digər ziyalılar iştirak ediblər.

Tədbir iştirakçıları professor Y.Seyidovun həyat və yaradıcılığı haqqında çıxış edərək onun Azərbaycanın dilçilik elmində böyük rolu olduğunu vurğulayıblar.

Daha sonra AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev videogörüntü vasitəsilə keçirilən konfransda Y.Seyidovun Azərbaycanın dil tarixində göstərdiyi xidmətlərindən danışıb.

Son xəbərlər

Orphus sistemi