Yuxarı

Bakı və Gəncə Apellyasiya məhkəmələrinə hakimlər təyin olunub

Milli Məclis bununla bağlı qərar qəbul edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakı və Gəncə Apellyasiya məhkəmələrinə hakimlər təyin olunub. 

"Report" xəbər verir ki, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında bununla bağlı qərar qəbul edilib. 

Parlamentin qərarı ilə Namiq Cəfərov, Sənan Hacıyev və Abidin Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin və Azad Bayramov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunublar. 

Onlar hazırda da Bakı və Gəncə Apellyasiya məhkəmələrinin hakimləridi. Onların səlahiyyət müddəti oktyabrın 26-da başa çatır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi