Məhəbbət Vəliyeva: "Məktəblərdə pul yığılmasının təşəbbüskarları bir çox hallarda valideynlərin özləri olur"

Məhəbbət Vəliyeva: "Məktəblərdə pul yığılmasının təşəbbüskarları bir çox hallarda valideynlərin özləri olur" Bakı Təhsil İdarəsinin müdiri: "Bu günə qədər məktəblərdə pul yığılması ilə bağlı Təhsil Nazirliyinə hər hansı şikayət daxil olmayıb"
Elm və təhsil
7 Mart , 2017 15:18
Məhəbbət Vəliyeva: Məktəblərdə pul yığılmasının təşəbbüskarları bir çox hallarda valideynlərin özləri olur
Report.az

Bakı. 7 mart. REPORT.AZ/ "Bu günə qədər məktəblərdə pul yığılması ilə bağlı Təhsil Nazirliyinə hər hansı şikayət daxil olmayıb".

"Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, anonim şikayətlər istisna olmaqla qalanları dərhal araşdırılır: "Məktəblərdə pul yığılması ilə bağlı şikayət daxil olsa, dərhal reaksiya verəcəyik. Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə pul yığılmasının qəti əleyhinədir. Məktəblərdə pul yığılması ilə bağlı daim ictimaiyyətdə narazılıqlar eşidilir. Bəlkə də bir çox hallarda bu məsələlərin təşəbbüskarları müəllimlərdir, bunu istisna etmirik. Amma bu işlərin təşkilatçısı elə valideynlər özləridirlər. Ona görə də narazılığımızı kimə yönləndirdiyimizə baxmalıyıq". 

M.Vəliyeva bildirib ki, məktəblər bu istiqamətdə valideyn təşkilatları ilə söhbət aparmalıdırlar: "Bu məsələ də nəzarətə götürülməlidir. Bir çox hallarda şikayətləri araşdırdıqda validenylərin ərizələri ilə rastlaşırıq. Valideynlər bildirirlər ki, biz könüllü şəkildə, istəyərəkdən müəllimimizi bu və ya digər səbəbdən təbrik etmişik. Bəlkə də burada qəbahət yoxdur. Biz məktəb, məktəb rəhbərliyi, müəllim tərəfindən məcburi şəkildə təşkilatçılığın əleyhinəyik. Əgər hər hansı valideyn digər valideynləri bu məsələyə məcbur edirsə, biz bunun da əleyhinəyik. Hər hansı bir valideynin öz övladının müəllimini təbrik etməsində şəxsən qəbahət görmürəm. Bunlar hamısı qarşılıqlı hörmət, etibar şəklində olmalıdır. Biz bunun tərəfdarıyıq".

Son xəbərlər

Orphus sistemi