Yuxarı
    Bağlamaq

    Bakı Təhsil İdarəsinin müdiri: "Bəzi məktəblərdə çalışan psixoloqların bilik səviyyəsi, peşəkarlığı yüksək səviyyədə deyil"

    “Bəzi məktəblərdə isə bu iş vakantdır”

    Bakı. 11 fevral. REPORT.AZ/ “Bu gün məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı ciddi problemlər var”. 

    “Report”un məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva “ASAN radio”nun “QəbuldASAN” verilişində deyib. 

    O, səbəblərdən biri kimi uzun müddət psixoloqların fəaliyyətinin diqqətdən kənar qalmasını əsas gətirib: "Problemlərin çoxunun bu gün də hələ həllinin tapmamasının səbəbi bir az keçmişə gedir. Lakin son iki il ərzində Bakı şəhərində fəaliyyət göstərən məktəblərin psixoloqlarının diaqnostik qiymətləndirilməsi keçirilib, onların bilik və peşə səriştəliyi müəyyənləşdirilib. Nəticədə müəyyən olunub ki, bəzi məktəblərdə çalışan psixoloqların öz sahəsi üzrə bilik səviyyəsi, peşəkarlığı yüksək səviyyədə deyil. Amma onların arasında təbii ki, peşəkar psixoloqlar da var. Bu sahənin inkişafına çox ciddi ehtiyac var”.

    “Son zamanlar müzakirə olunan mövzulardan biri də məktəbdəki psixoloqların əmək haqqı məsələsidir. Odur ki, psixoloji xidmətin təşkilində həm məzmun tərəfi, həm də peşəkar kadrların potensialı dəyərləndirilməlidir. Bununla yanaşı, onların əmək haqları məsələsi də müzakirə olunmalıdır. Əminəm ki, yaxın gələcəkdə bu istiqamətdə işlər görüləcək. Bu gün Bakı məktəblərində ümumilikdə 286 psixoloq fəaliyyət göstərir. Bəzi məktəblərdə isə bu iş vakantdır” - deyə, İdarə müdiri əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi