Bakı Təhsil İdarəsi orta məktəbdə şagirdin bıçaqlanması ilə bağlı açıqlama yayıb

Bakı Təhsil İdarəsi orta məktəbdə şagirdin bıçaqlanması ilə bağlı açıqlama yayıb Hadisəni törədən şagird Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb
Elm və təhsil
3 Fevral , 2017 11:50
Bakı Təhsil İdarəsi orta məktəbdə şagirdin bıçaqlanması ilə bağlı açıqlama yayıb

Bakı. 3 fevral. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakıda şagirdin bıçaqlaması ilə bağlı məsələyə aydınlıq gətirib.

İdarədən “Report”a bildirilib ki, fevralın 3-də səhər saat 8 radələrində Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbdə dərs başlamamışdan əvvəl məktəbin həyətində IX sinif şagirdi N.Musayev onunla eyni sinifdə oxuyan E.Əmənova bıçaqla xəsarət yetirib.

Məlumata görə, məktəbdən təcili tibbi yardıma müraciət olunub və E.Əmənov xəstəxanaya aparılıb. Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Hər iki məktəblinin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu qeyd edilib.

Son xəbərlər

Orphus sistemi