Bakı Şəhəri üzrə Təhsil İdarəsinə işə qəbul imtahanları keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə işə qəbul imtahanları keçirilib Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi yekunlaşıb.
Elm və təhsil
31 Yanvar , 2018 12:39
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə işə qəbul imtahanları keçirilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi yekunlaşıb.

Bu barədə "Report"a BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

İmtahanlarda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə qeydiyyatdan keçmiş namizədlər iştirak ediblər.

İmtahanlara gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 70, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 138, laborant vəzifəsi üzrə 351, TDM-ə işə qəbul üzrə 37 nəfər qatılıb.

Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə imtahanlara qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 60 dəqiqə, laborant və uşaq birliyi təşkilatı rəhbəri vəzifələri üzrə imtahanlarda iştirak edən şəxslər isə 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırıblar.

TDM-ə işə qəbul üzrə namizədlər 90 dəqiqə ərzində 40 suala cavab verib və esse yazıblar.

Qeyd edək ki, nəticələr təhlil olunaraq müvafiq keçid balı müəyyənləşdiriləcək. Keçid balından yüksək nəticə göstərən namizədlər növbəti mərhələyə dəvət ediləcəklər.

Son xəbərlər

Orphus sistemi