Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə səyyar qəbul keçirəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə səyyar qəbul keçirəcək Müəllim və valideynləri narahat edən məsələlər öyrəniləcək
Elm və təhsil
12 Oktyabr , 2015 11:49
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə səyyar qəbul keçirəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq paytaxtda rayonlar üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin səyyar qəbulunu keçirməyə başlayacaq. Bu barədə "Report"a İdarənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2015-2016-cı tədris ilinin ilk səyyar qəbulu oktyabrın 16-da keçiriləcək. Xəzər rayonu üzrə 156 saylı tam orta məktəbdə keçiriləcək səyyar qəbula Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə məktəblərin və məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10:00-da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.

Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər Təhsil İdarəsinin rəhbər şəxsləri tərəfindən öyrəniləcək, problemli məsələlər həll ediləcək və lazımi təşkilatı və maarifləndirmə tədbirləri görüləcək.

Son xəbərlər

Orphus sistemi