Bakı Şəhəri üzrə Təhsil İdarəsi I siniflərə sənəd qəbulunun vaxtını uzadıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi I siniflərə sənəd qəbulunun vaxtını uzadıb Valideynlərin iyunun 15-dək vaxtı var
Elm və təhsil
5 İyun , 2015 17:27
Bakı Şəhəri üzrə Təhsil İdarəsi I siniflərə sənəd qəbulunun vaxtını uzadıb

Bakı. 5 iyun. REPORT.AZ/ Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün elektron ərizələrlə qeydiyyatdan keçən valideynlərin (yaxud digər qanuni nümayəndələrin) məktəblərdə fəaliyyət göstərən işçi qruplarına sənəd qəbulu iyunun 15-dək uzadılıb. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İyunun 15-dən etibarən 1-ci sinfə şagird qəbuluna görə elektron müraciət ünvanlayacaq valideynlər isə (və ya qanuni nümayəndələr) sənədlərini avqustun 15-dən sentyabrın 15-dək məktəblərdə yaradılan işçi qruplarına təqdim edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi