Yuxarı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 162 nəfəri işə qəbul edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 162 nəfəri işə qəbul edib

Bakı. 1 mart. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi yekunlaşıb.

İdarənin İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə qeydiyyatdan keçmiş namizədlərdən 162 nəfər müsbət cavab alıb. Onlardan 18-i gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 34-ü uşaq birliyi təşkilatı rəhbəri, 110-u laborant vəzifəsinə işə qəbul olub.

Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi