Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb

Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb Onlardan 256 nəfəri müsbət qiymət alıb
Elm və təhsil
23 May , 2017 15:46
Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb

Bakı. 23 may. REPORT.AZ/ Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, əvvəlki illərdə tam orta təhsilini başa vura bilməyən şəxslər üçün təşkil edilən eksternat imtahanında 374 nəfəri Azərbaycan, 38 nəfəri rus bölməsi olmaqla, 412 nəfər iştirak edib. Onlardan 256 nəfəri müsbət qiymət alıb. 

Eksternlər hərəsində 10 sual olmaqla, 3 gün ərzində 13 fənn (ana dili, ədəbiyyat, xarici dil, insan və cəmiyyət, Azərbaycan tarixi, ümumi tarix, iqtisadiyyatın əsasları, riyaziyyat, biologiya, astronomiya, kimya, fizika, coğrafiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil alan şəxslər isə əlavə olaraq daha 1 fənndən də (Azərbaycan dili) sınaqdan keçiblər.

Eksternat imtahanlarından uğur qazanan şəxslərin attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir.

Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin saytına (www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi