​Bakı şəhəri təhsil işçilərinin "Sentyabr konfransı" keçirilib

​Bakı şəhəri təhsil işçilərinin "Sentyabr konfransı" keçirilib Mikayıl Cabbarov "Bilik Günü" münasibətilə təhsil işçilərini təbrik edib
Elm və təhsil
14 Sentyabr , 2015 17:49
​Bakı şəhəri təhsil işçilərinin Sentyabr konfransı keçirilib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Bakı şəhəri təhsil işçilərinin "Sentyabr konfransı" keçirilib. "Report"un məlumatına görə, konfransda təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmələrinin rəhbərləri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, qabaqcıl müəllimlər iştirak edib.

Konfransda nazir müavini, BŞTİ-nin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, BŞTİ-nin tabeliyində olan orta məktəblərdə 27 338 müəllim 334 236 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Onun sözlərinə görə, idarənin tabeliyində 7 lisey, 1 gimnaziya, 18 məktəb-lisey, 307 tam orta məktəb fəaliyyət göstərir: "Respublika üzrə 700 bal toplayan şagirdlərin 7-si Bakı şəhərinin məktəblərinin şagirdləri olub".

Nazir müavini əlavə edib ki, ötən tədris ilində Bakı şəhərinin 87 məktəbində təşkil olunan məktəbəhazırlıq kurslarını 3 006 uşaq uğurla başa vurub.

Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki uğurlar və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. "Bilik Günü" münasibətilə təhsil işçilərini təbrik edən nazir bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri diqqətə çatdırıb.  

Son xəbərlər

Orphus sistemi