Yuxarı
    Bağlamaq

    Bakı Mühəndislik Universiteti Təhsil Nazirliyinin strukturuna daxil olmayacaq - QƏRAR

    Dəyişikliklə bağlı baş nazir Artur Rasi-zadə imzalayıb

    Bakı. 9 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

    "Report"un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

    Dəyişikliyə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na Bakı Mühəndislik Universiteti əlavə edilib. Bununla da Bakı Mühəndislik Universiteti Təhsil Nazirliyinin strukturu hesab edilməyəcək.

    Xatırladaq ki, Bakı Mühəndislik Universiteti Azərbaycan Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə yaradılıb. Fəaliyyəti dayandırılmış Qafqaz Universitetinin tələbələri bu ali məktəbdə təhsil alır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi