Yuxarı

Bakı məktəblərinin I sinifində 48 206 şagird təhsil alır, onlardan 7 306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır

Bakı məktəblərinin I sinifində 48 206 şagird təhsil alır, onlardan 7 306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakı şəhəri üzrə təhsil müəssisələrinin (məktəb, lisey və gimnaziya) I sinifində 48 206 şagird təhsil alır.

İdarədən "Report"a verilən məlumata görə, onlardan 40 900 nəfəri 6 yaşı tamam olan, 7 306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır.

Bildirilib ki, hər il olduğu kimi, 2018-2019-cu tədris ilində də I sinfə şagird qəbulunun vaxtı oktyabrın 15-dək uzadılıb. Belə ki, dərslərin başlanmasına baxmayaraq, I sinfə şagird qəbulu üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) aparılıb. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim ediblər.

Xatırladaq ki, son illərdə uşaqların I sinfə qəbulu prosesi tam olaraq elektronlaşdırılıb. Valideynlər məktəbi, müəllimi, təlim dilini müstəqil şəkildə özləri seçirlər.

I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi