Yuxarı
    Bağlamaq

    ​Bakı məktəblərində şagirdlərə insan və uşaq hüquqları öyrədiləcək

    Layihə 3 ay davam edəcək

    Bakı. 9 oktyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilati dəstəyi ilə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən “Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20-ci illiyi ilə əlaqədar olaraq uşaqlar arasında maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrasına başlanılıb. Bu barədə “Report”a İdarənin mətbuat xidmətindən məlumat verilib.

    Layihə 3 ay müddətində Bakı şəhər məktəblərində həyata keçiriləcək.

    Layihə çərçivəsində Konstitusiyada nəzərdə tutulan normalar, onun icrası, hakimiyyət bölgüsü, uşaqların Konstitusiyon hüquqları və Konstitusiyanın cəmiyyətin inkişafına verdiyi töhfə ilə bağlı mühazirələr təşkil olunacaq, “Konstitusiyamız uşaqların gözü ilə” mövzusunda uşaqlar arasında rəsm və inşa müsabiqələri keçiriləcək.

    Layihənin ilkin mərhələdə 12 ümumtəhsil məktəbində keçirilməsi nəzərdə tutulur. Bununla bağlı artıq 2 məktəbdə - 45 və 212 nömrəli tam orta məktəblərdə seminarlar keçirilib. İnteraktiv formada təşkil olunan seminarlarda Konstutisiyanın yaranma tarixi, onun qəbul edilməsi proseduru, mühüm normalar, icra məsələləri, Konstitusiyada insan və uşaq hüquqları ilə bağlı müddəaların yer alması və Konstitusiya Məhkəməsinə müraciət mexanizmi iştirakçıların nəzərinə çatdırılıb.

    Seminarlarda Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, rayon icra hakimiyyətlərinin nümayəndələri, ekspertlər çıxışlar edib və uşaqları maraqlandıran sualları cavablandırıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi