Yuxarı
    Bağlamaq

    Bakı məktəblərində direktor olmaq istəyənlər üçün müsahibə keçirilir

    Dinlə

    Bakı. 31 may. REPORT.AZ/ Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün keçirilən təlimlərdə iştirak edən namizədlərin müsahibə mərhələsinə start verilib.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, müsahibənin nəticəsinə əsasən, Bakı şəhəri üzrə vakant direktor vəzifəsinə namizədlər müəyyənləşəcək.

    Qeyd edək ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar üçün təlimlər təşkil edilib.

    Təlimlər Təhsil Nazirliyinin birbaşa tabeliyində (Bakı şəhərində yerləşən) olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyada işləyən direktorları, direktor müavinlərini və müəllimləri əhatə edib.

    2014-cü ildən keçirilməyə başlanılan təlimlərin məqsədi müasir idarəetmə keyfiyyətlərinə malik, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarının bilik və bacarıqlarını təkmilləşdirməkdir.

    Təlim iştirakçılarının yekun qiymətləndirməsindən sonra müvafiq bal toplamış şəxslər müsahibə mərhələsinə dəvət olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi