Yuxarı
    Bağlamaq

    Bakı məktəblərində çərşənbə iməcilikləri keçiriləcək

    “Çərşənbə iməcilikləri” layihəsinə start verilib

    Bakı. 20 fevral. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Çərşənbə iməcilikləri” layihəsinə start verilib.

    İdarədən “Report”a verilən məlumata görə, layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir.

    Layihə çərçivəsində Novruz bayramı ərəfəsində 4 ilaxır çərşənbə münasibətilə Bakı şəhəri üzrə 12 inzibati rayonun ümumi təhsil məktəblərində kütləvi olaraq müəllim, şagird və valideyn icmasının iştirakı ilə məktəbyanı ərazilərdə iməciliyin keçirilməsi nəzərdə tutulub.

    Qeyd edək ki, su, od, yel və torpaq çərşənbələrinə həsr olunan iməciliklərin keçirilməsi ilə şagirdlər qədim ənənələrə söykənən, Azərbaycan xalqının milli ünsürlərini özündə birləşdirən Novruz bayramının tarixi, Novruz adət-ənənələri barədə daha geniş məlumat ala biləcəklər.   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi