Bakı. 30 iyun. REPORT.AZ/ Bakı İslam Universitetinə qəbul qaydalarında yenilik edilib. Universitetdən "Report"a verilən xəbərə görə,
İyulun 25-də III ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlər iyulun 13, 14, 15, 16, 17-də saat 9:00-dan 13:00-dək universitetdə fəaliyyət göstərən Dini-Psixoloji Komissiyaya müraciət etməlidirlər.
Bununla yanaşı, mayın 17-də III ixtisas qrupu üzrə imtahan verən və 100-dən artıq bal toplayan, lakin Dini-Psixoloji Komissiyadan keçməyənlər də yuxarıda qeyd olunan tarixlərdə təşkil olunacaq komissiyaya müraciət edə bilərlər.