Yuxarı
    Bağlamaq

    ​Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialı açılıb

    Aureliya Qriqoriu səlahiyyətli nümayəndə təyin edilib

    Bakı. 5 may. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Moldovanın tanınmış ictimai-siyasi xadimi, Moldova İctimai Palatasının sədri Aureliya Qriqoriu ilə görüş keçirilib.

    Bu barədə "Report"a BBMM-dən bildirilib.

    BBMM-in rəhbərliyi və Məşvərət Şurasının Elm komissiyasının sədri, akademik Vaqif Abbasov, Din məsələləri üzrə komissiyanın sədri Gündüz İsmayılovun da iştirak etdiyi görüşdə Mərkəzin icraçı direktoru Azad Məmmədovla Aureliya Qriqoriu arasında Azərbaycan multikulturalizmi və tolerantlığının təbliği istiqamətində birgə fəaliyyət göstərmək, müştərək layihələrin icrasını təmin etmək, BBMM-in mənafelərini təmsil və müdafiə edən Moldova filialının fəaliyyətini təmin etmək məqsədi ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumuna əsasən mərkəzi qərargahı Moldova filialı olmaqla Aureliya Qriqoriu, həmçinin BBMM-in Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstan nümayəndəliyinin də səlahiyyətli nümayəndəsi təyin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi