​Bakı Ali Neft Məktəbi “Bilik kuboku” breyn-rinq intellektual yarışının noyabr ayı üzrə ilk qalibi olub

​Bakı Ali Neft Məktəbi “Bilik kuboku” breyn-rinq intellektual yarışının noyabr ayı üzrə ilk qalibi olub Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəklədiyi bu intellektual yarışın mövsüm finalı dekabrda baş tutacaq
Elm və təhsil
7 Noyabr , 2014 10:49

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının noyabr ayı üzrə ilk oyunu keçirilib. “Report” xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən və AzTV kanalı ilə yayımlanan bilik mübazirəsində ölkənin 15 bölgəsini təmsil edən 30 komandadan daha dördü qüvvələrini sınayıb.

İlk seçim görüşündə “Bərdə” və “Bakı Ali Neft Məktəbi” qarşılaşıblar. Bərabər səviyyədə keçən oyunda qalibi sonuncu sual müəyyənləşdirib. Bu suala düzgün cavab verən “Bakı Ali Neft Məktəbi” 5:4 hesabı ilə irəli çıxıb.

İkinci seçim görüşü “Gəncə” və “Xızı” arasında olub. 2 xal üstünlüklə “Xızı” rəqibini üstələyib.

Beləliklə, 2 oyundan ibarət final görüşündə “Bakı Ali Neft Məktəbi” və “Xızı” qarşılaşıb. Ümumi hesab bərabər olduğundan, final qalibi əlavə sualın köməyilə müəyyənləşdirilib. “Bakı Ali Neft Məktəbi”nin komandası suala düzgün cavab verərək finala çıxıb. Bununla, breyn-rinqin noyabr ayı üzrə ilk qalibi “Bakı Ali Neft Məktəbi” olub.

Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəklədiyi bu intellektual yarışın mövsüm finalı dekabrda baş tutacaq. Finalda sentyabr, oktyabr, noyabr və dekabr ayının qalibləri qarşılaşacaqlar.

Yarışın qalibi “Bilik kuboku”nu əldə edəcək və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Son xəbərlər

Orphus sistemi