Yuxarı
    Bağlamaq

    Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi olub

    Bakı. 25 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Aydan Əsədova BP şirkətinin həyata keçirdiyi təcrübə proqramının bütün dünya üzrə iştirakçıları arasında keçirilən müsabiqədə qalib olub.

    Bu barədə "Report"a BANM-dən məlumat verilib.

    Müsabiqənin əsas məqsədi BP-nin bütün ölkələrdən olan təcrübəçilərinin təcrübə keçdiyi müddətdə fəaliyyətini əks etdirən şəkillər və xatirələri öz sosial şəbəkəsində paylaşması təşəbbüsü olub. Müsabiqənin nəticələrinə əsasən, tələbəmiz qalib seçilərək BP şirkəti tərəfindən yarışmanın baş mükafatı olan GoPro qazanıb.

    Aydan Əsədovanın qalib olması haqda BP şirkəti özünün rəsmi saytı və “BP careers” rəsmi "facebook" səhifəsində paylaşımlar edib.

    Qeyd edək ki, təcrübə keçdiyi müddətdə Aydan BP-nin AGT regionu üzrə “Technofest 2017” layihə təqdimatı yarışmasında da iştirak edərək 27 təcrübəçi arasında 3-cü yer qazanıb və uğur sertifikatı ilə təltif edilib.

    Aydan Əsədova hazırda BANM-da Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi