Bakı Ali Neft Məktəbinin tələbələri “Microsoft 2017”-nin qalibi olublar

Bakı Ali Neft Məktəbinin tələbələri “Microsoft 2017”-nin qalibi olublar Final bu ilin iyul ayında ABŞ-da keçiriləcək
Elm və təhsil
4 May , 2017 11:27
Bakı Ali Neft Məktəbinin tələbələri “Microsoft 2017”-nin qalibi olublar
BANM

Bakı. 4 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbə komandası “Microsoft Imagine Cup 2017” irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsində iştirak edərək qaliblər sırasına düşüblər və Kiyevdə (Ukrayna) keçiriləcək növbəti mərhələyə vəsiqə qazanıblar.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Son ümumdünya finalı isə bu ilin iyul ayında Sietlda (ABŞ) keçiriləcək. Bu mərhələdə iştirakçılar müsabiqənin əsas mükafatı – layihələrin inkişafı üçün 100 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edə biləcəklər.

Müsabiqə Azərbaycanın Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və “Yüksək Texnologiya Parkı”nın dəstəyi, Microsoft Azərbaycan və Nar Mobile şirkətlərinin təşkilatçılığı ilə keçirilib.

Müsabiqədə “Neftçi” komandasının tərkibində çıxış edən BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Kərim Kərimli və Şamil Ömərov və “Neft-qaz mühəndisliyi”ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Lalə Məmmədova birinci yerin qalibi olublar.

“Microsoft Imagine Cup” - dünya tələbələri arasında hər il keçirilən ən böyük innovasiya müsabiqəsidir və Azərbaycanda artıq üçüncü dəfədir təşkil olunur. Müsabiqədə iştirak edənlər “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlayıblar. 

Son xəbərlər

Orphus sistemi