Yuxarı

Bakı Ali Neft Məktəbinin tələbələri Halliburton şirkətində yay təcrübəsi keçəcəklər

Seçimin ilkin mərhələsində şirkət nümayəndələri tələbələri maraqlandıran sualları cavablandırıblar

Bakı. 8 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Halliburton şirkətinin nümayəndələri tərəfindən tələbələrin şirkətdə ödənişli yay təcrübəsi keçmələri üçün "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasının II və III kurs tələbələri arasında seçimin ilkin mərhələsi keçirilib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımov qeyd edib ki, tələbələr nəzəriyyəni təcrübə ilə birləşdirərək, gələcəyin yüksək ixtisaslı kadrları kimi formalaşmaq üçün belə imkanlardan faydalanmalıdırlar: "Ali Məktəb öz məzunlarının gələcəkdə karyera uğurları qazanmaları məqsədilə Azərbaycandakı transmilli şirkətlərlə hər zaman sıx əməkdaşlıq edir".

Şirkət nümayəndələri Halliburton şirkətində baş tutacaq yay təcrübəsi haqqında təqdimatla çıxış edərək tələbələrə məlumat veriblər. Həmçinin Halliburton şirkətində yayda tələbələr üçün ödənişli təcrübə imkanları, müraciət üçün ərizələrin doldurulma qaydaları, iş imkanları haqqında məlumat verilib.

Seçimin ilkin mərhələsində şirkət nümayəndələri tələbələri maraqlandıran sualları cavablandırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi