Bakı Ali Neft Məktəbinin tələbələri BP-nin müsabiqəsində qalib olublar

Bakı Ali Neft Məktəbinin tələbələri BP-nin müsabiqəsində qalib olublar Tələbələr iyulun 2-dən sentyabrın 10-dək şirkətdə təcrübə keçiblər
Elm və təhsil
23 Sentyabr , 2015 12:38
Bakı Ali Neft Məktəbinin tələbələri BP-nin müsabiqəsində qalib olublar

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi" ixtisası üzrə IV kursda təhsil alan 2 tələbəsi - Fidan Səlim-zadə və Riyad Muradov, o cümlədən "Kimya mühəndisliyi" ixtisası üzrə təhsil alan IV kurs tələbəsi İnsafəli Səmədov iyulun 2-dən sentyabrın 10-dək BP şirkətində yay istehsalat təcrübəsində olublar. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. 

Həmin tələbələr BP-nin yay təcrübə proqramına qoşularaq şirkətin keçirdiyi "Texno Fest" adlı müsabiqədə qalib olublar. Belə ki, Fidan Səlim-zadə I yeri, Riyad Muradov isə III yeri qazanıb. Yay təcrübəsində olarkən onlar öz layihələri ilə çıxış ediblər. Layihələrin qiymətləndirilməsində əsas kriteriyalar texniki üstünlük, təhlükəsizlik, əməliyyat riskləri və biznesin təsiri olub. Tələbələr həmin kriteriyalara görə seçiliblər.

Xatırladaq ki, BP-nin hər il həyata keçirdiyi "Texno Fest" adlı müsabiqə qlobal bir müsabiqədir və texniki sahədə innovasiyalara yönəlmiş ideyaların dəstəklənməsinə xidmət edir. BP-də çalışmaq arzusunda olan və BP-də yay təcrübəsi keçənlər, o cümlədən tələbələr üçün hər il şirkətdə "Texno Fest" yarışı təşkil olunur. Hər il gənc mühəndislər öz layihələrini təqdim etmək, təcrübə və nəticələri ilə bölüşmək imkanı qazanırlar.

Son xəbərlər

Orphus sistemi