BANM-in tələbələri Bolqarıstan və Yunanıstanda təhsillərini davam etdirəcəklər

BANM-in tələbələri Bolqarıstan və Yunanıstanda təhsillərini davam etdirəcəklər Bakı. 22 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımov Avropa İttifaqının Erasmus+ (Erasmus+ Student Mobility Program) proqramı çərçivəsində xaricdə təhsilini davam etdirəcək tələbələrlə görüşüb.
Elm və təhsil
22 Fevral , 2019 12:03
BANM-in tələbələri Bolqarıstan və Yunanıstanda təhsillərini davam etdirəcəklər
0 : 00
0 : 00

Bakı. 22 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımov Avropa İttifaqının Erasmus+ (Erasmus+ Student Mobility Program) proqramı çərçivəsində xaricdə təhsilini davam etdirəcək tələbələrlə görüşüb. 

BANM-dan "Report"a bildirilib ki, görüşdə həmçinin valideynlər, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimləri və tələbələri, eləcə də Ali Məktəbin məsul əməkdaşları iştirak ediblər.

BANM-da “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 4-cü kurs tələbələri Hacalı Bayramov və Pərvin Quliyeva Yunanıstanın Qərbi Attika Universitetində, İsmət Ağayev və Elvin Həsənli isə Bolqarıstanın Angel Kançev adına Ruse Universitetində bir semestr təhsillərini davam etdirəcəklər.

E.Qasımov 2019-cu ildə yaz semestri ərzində Avropada təhsil alacaq gəncləri ürəkdən təbrik edib, onların öz ölkələrini və doğma universitetlərini layiqincə təmsil edə biləcəklərinə əmin olduğunu bildirib. Rektor qeyd edib ki, Ali Məktəbin Erasmus+ proqramında iştirakının nəticəsi olaraq 10-dan çox tələbə yalnız Qərbi Attika Universitetində təhsil almağa göndərilib, bu il isə BANM-ın tələbələri yalnız Yunanıstan deyil, İspaniya və Bolqarıstanda da təhsil almaq üçün göndərilir.

Görüşdə həmçinin Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri vəzifəsini icra edən Nailə Allahverdiyeva və Ali Məktəbin proqram meneceri Nərgiz Tarverdiyeva çıxış ediblər. Onlar tələbələrə uğurlar və təhsildə yüksək nəticələr əldə etmələrini arzulayaraq bildiriblər ki, Erasmus+ proqramında iştirak Ali Məktəbin yüksək texniki biliklər əldə etmək istəyən digər tələbələri üçün nümunəvi addımdır. 

Son xəbərlər

Orphus sistemi