Yuxarı
    Bağlamaq

    Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq sertifikatlarla təltif edilib

    4 günlük seminara yekun vurulub© BANM

    Bakı. 7 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) neft hasilatının artırılması üçün istifadə olunan müasir üsullara həsr olunmuş 4 günlük seminara yekun vurulub.

    "Report"un xəbərinə görə, seminar Yaponiyanın İNPEX şirkətinin təşəbbüsü, “SOCAR UPSTREAM İnternationa lManagement” MMC-nin və BANM-in təşkilatçılığı ilə keçirilib.

    Seminarın keçirilməsi üçün Yaponiyanın Waseda Universitetinin Elm və mühəndislik fakültəsinin professoru Masanori Kurihara, universitetin elmi əməkdaşı Utomo Pratama, dünyada neftin və qazın kəşfiyyatı və hasilatı ilə məşğul olan İNPEX şirkətinin Resursların idarəolunması üzrə vitse-prezidenti Akihiko Kurashina, şirkətin Londondakı ofisinin Layın işlənməsi üzrə meneceri Takuya Muta və təlim koordinatoru Yukito Nomura Bakıya dəvət ediliblər.

    Təlimlərdə ən fəal iştirak edən tələbələrə BANM-in rektoru Elmar Qasımov və İNPEX şirkətinin Resursların idarəolunması üzrə vitse-prezidenti Akihiko Kurashina tərəfindən təlim təşkilatçılarının imzası ilə sertifikatlar təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi