​Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova “Əməkdar müəllim” medalı və vəsiqəsi təqdim olunub

​Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova “Əməkdar müəllim” medalı və vəsiqəsi təqdim olunub O, həmçinin ölkədə enerji siyasətinin uğurla davam etdirildiyini deyib
Elm və təhsil
16 Dekabr , 2014 10:20
​Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova “Əməkdar müəllim” medalı və vəsiqəsi təqdim olunub

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Əsrin müqaviləsinin 20 illiyi” münasibətilə ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə və “Neft daşlarının 65 illiyi” münasibəti ilə yatağın işlənməsində xidmətlərinə görə təltif edilmiş mükafatçılarla görüş keçirilib. Bu barədə "Report"a BANM-ın mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev ölkə Preizidenti İlham Əliyevin hər zaman neftçi əməyini yüksək qiymətləndirdiyini, Azərbaycan neftçilərinin fəaliyyətini, neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxladığını deyib və ölkə başçısına minnətdarlıq edib.

O, həmçinin ölkədə enerji siyasətinin uğurla davam etdirildiyini deyib.

Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova “Əməkdar müəllim” medalı və vəsiqəsi təqdim olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 sentyabr 2014-cü il tarixli sərəncamı ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova “Əməkdar müəllim” fəxri adı verilib.

Son xəbərlər

Orphus sistemi