Yuxarı

​Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi diplomla təltif olunub

Bakı Ali Neft Məktəbində “Media və təhsil dialoqu” mövzusunda praktik konfrans keçirilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılmasına və media ilə fəal əməkdaşlığına görə Azərbaycan Təhsil Nazirliyi tərəfindən diplomla təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova da olub. "Report" xəbər verir ki, təltif olunanlar sırasında Zeynab Kazımova ilə yanaşı, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universitetinin mətbuat katibləri də var.

Qeyd edək ki, Azərbaycan Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində “Media və təhsil dialoqu” mövzusunda praktik konfrans keçirilib. Konfransda Azərbaycan mediasının nümayəndələri və Təhsil Nazirliyinin rəsmiləri iştirak ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi