​Bakı Ali Neft Məktəbinin elektron kitabxanası dünya reytinq cədvəlinə daxil olub

​Bakı Ali Neft Məktəbinin elektron kitabxanası dünya reytinq cədvəlinə daxil olub BANM-in elektron arxivi DSpace proqram təminatı əsasında çalışır
Elm və təhsil
18 Fevral , 2015 10:24
​Bakı Ali Neft Məktəbinin elektron kitabxanası dünya reytinq cədvəlinə daxil olub

Bakı. 18 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) elektron kitabxanası dünya elektron arxivinin (repozitorilərinin) reytinq cədvəlinə daxil olub. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dünyanın 2200-dən artıq ali təhsil müəssisəsinin elektron arxivini əhatə edən "Webometrics Ranking of World Universities" ümumdünya reytinq cədvəlinin cari ilin yanvar ayına olan nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin elektron kitabxanası Vebometriks reytinq cədvəlinə daxil olub. Bundan başqa, BANM-in elektron kitabxanası dünyanın aparıcı akademik repozitorilərinin iki reyestrində qeydiyyatdan keçib.

Reytinq dörd göstərici əsasında - zahiri görünüşünə, həcminə, xüsusi fayllarına və elmi məqalələrinə əsasən təhlil olunaraq tərtib edilir. Vebometriks reytinq cədvəli ali təhsil müəssisəsinin veb-resurslarının İnternetdə populyarlığını xarakterizə edən, onların informasiya əhəmiyyətliliyini ölçən universal və ixtisaslaşmış axtarış sistemlərinin qiymətləndirmə göstəricilərinə əsaslanıb. Reytinqin yenilənməsi ildə 2 dəfə baş verir və nəticələr Webometrics Ranking of World Universities rəsmi saytında (www.wembomertics.info) yerləşdirilir.

Qeyd edək ki, BANM-in elektron arxivi (repozitori) (http://dspace.bhos.edu.az ) Hevlett-Pakard və MTİ (Massaçusets Texnologiya İnstitutu) kitabxanalarının birgə əməkdaşlığı nəticəsində yaradılan DSpace proqram təminatı əsasında çalışır. Proqram ilk dəfə 2002-ci ildə MTI-un kitabxanaları tərəfindən dəstəklənən sistem kimi işə salınıb. DSpace proqram təminatı akademik tədqiqatlarda istifadə olunan rəqəmsal materialların uzunmüddətli saxlanmasını təmin edən platformadır.

Son xəbərlər

Orphus sistemi