Bakı Ali Neft Məktəbinin 14 tələbəsi BP-də təcrübə keçir

Bakı Ali Neft Məktəbinin 14 tələbəsi BP-də təcrübə keçir İstehsalat təcrübəsinin sonunda tələbələr təcrübə haqqında təqdimatlar hazırlayacaq
Elm və təhsil
1 Avqust , 2017 14:28
Bakı Ali Neft Məktəbinin 14 tələbəsi BP-də təcrübə keçir

Bakı. 1 avqust. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının IV kursda təhsil alan 14 tələbəsi BP şirkətində ödənişli əsaslarla 10 həftəlik yay istehsalat təcrübəsi keçir.

Bu barədə "Report"a BANM-dən məlumat verilib. 

İstehsalat təcrübəsi zamanı tələbələr komanda işi ilə tanış olaraq ən son avadanlıq və texnologiyalardan istifadə etməklə şirkətin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihələr və əməliyyatlar həyata keçirirlər.

Tələbələr əldə etdikləri nəzəri bilikləri BP şirkətinin istehsalat emalatxanalarında dərinləşdirirlər. BP-nin mütəxəssisləri tərəfindən tələbələrə istehsalatda tətbiq olunan yeniliklər, cihazlar və avtomatik idarəetmə sistemləri haqqında biliklər verilir. Onlar həmçinin, quyuların qazılması və tamamlanması, qazma məhlulları texnologiyası, avadanlığın quraşdırması ilə bağlı xüsusi layihələrdə işləyəcəklər. Təcrübə zamanı tələbələr yataqların işlənmə texnologiyası və neft-qaz hasilatı texnologiyası ilə tanış olaraq neft-qaz yataqlarının kəşfiyyatına və işlənilməsinə cəlb ediləcəklər.

BP şirkətində istehsalat təcrübəsi keçən tələbələr tədrisdə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməklə texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.

İstehsalat təcrübəsinin sonunda tələbələr təcrübə haqqında təqdimatlar hazırlayacaq və təqdimatlar qrup rəhbərləri tərəfindən qiymətləndiriləcək. 

Son xəbərlər

Orphus sistemi