Bakı Ali Neft Məktəbində qanvermə aksiyası keçirilib

Bakı Ali Neft Məktəbində qanvermə aksiyası keçirilib Məqsədi talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaqdır
Elm və təhsil
16 May , 2017 11:43
Bakı Ali Neft Məktəbində qanvermə aksiyası keçirilib

Bakı. 16 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları arasında xeyriyyə məqsədi ilə qanvermə aksiyası keçirilib.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı ilə SOCAR-ın birgə təşəbbüsü ilə baş tutub.

Tədbir SOCAR-ın işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin həkim-mütəxəssisi Cəmşid Şahverdiyevin nəzarəti ilə və Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutun Mərkəzi Qan Bankının səyyar həkim briqadasının köməyi ilə keçirilib. 

Qeyd edək ki, SOCAR-ın işçiləri arasında keçirilən aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaqdır.

Son xəbərlər

Orphus sistemi