​Bakı Ali Neft Məktəbində Novruz bayramı qeyd olunub

​Bakı Ali Neft Məktəbində Novruz bayramı qeyd olunub Tələbələr bayrama həsr olunan musiqili kompozisiyaları nümayiş edib, nəğmələr oxuyub və rəqslər ifa ediblər
Elm və təhsil
19 Mart , 2015 15:49
​Bakı Ali Neft Məktəbində Novruz bayramı qeyd olunub

Bakı. 19 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunan tədbir keçirilib. Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə BANM-in rektoru, professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Novruz bayramı münasibətilə Azərbaycan xalqını, məktəbin kollektivini və tələbələri təbrik edib.

Tədbirdə Novruz adət-ənənələri barədə məlumat verilib. 

Daha sonra tələbələr bayrama həsr olunan musiqili kompozisiyaları nümayiş edib, nəğmələr oxuyub və rəqslər ifa ediblər.

Son xəbərlər

Orphus sistemi