Yuxarı

Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü qeyd olunub

Tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər

Bakı. 15 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən xəbərə görə, tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri açan Ali Məktəbin rektoru Elmar Qasımov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. 

O, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu olduğunu qeyd edib. Rektor bildirib ki, bu müstəqillik və azadlıq heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur: "Çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir". 

E.Qasımov ölkədə ictimai-siyasi sabitliyə məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra nail olunduğunu vurğulayıb: "Ulu öndərin bu müdrik addımı ölkədə sosial-iqtisadi və siyasi inkişafın əldə olunmasında, dövlətin möhkəmlənməsində və Azərbaycan dövlətçiliyinə yönələn qəsdlərin qarşısını almasında böyük rol oynayıb". 

Rektor həmçinin qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib və ölkəni gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevirib. 

Dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil, güclü dövlətə çevrildiyini söyləyən E.Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin ulu öndərin ideyalarını uğurlu davam etdirdiyini və həyata keçirdiyini bildirib.

Sonda E.Qasımov 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi