​Bakı Ali Neft Məktəbində Heydər Əliyevin xatirəsi yad olunub

​Bakı Ali Neft Məktəbində Heydər Əliyevin xatirəsi yad olunub Bütün auditoriyalarda Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Elm və təhsil
12 Dekabr , 2014 13:58
​Bakı Ali Neft Məktəbində Heydər Əliyevin xatirəsi yad olunub

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ali Neft Məktəbində ümummilli lider Heydər Əliyevin anım günü yad olunub. Məktəbdən "Report"a verilən xəbərə görə, bununla əlaqədar bütün auditoriyalarda Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tələbələrə ümummilli liderin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verilib. Onun müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müdrik şəxsiyyət kimi Azərbaycan tarixinə və xalqın yaddaşına əbədi həkk olunduğu bildirilib.

Həmçinin BANM-in tələbələrinə ulu öndərin xatirəsinə həsr olunan, eləcə də onun keçdiyi şərəfli ömür yolunu özündə əks etdirən videoçarx nümayiş olunub. 

Son xəbərlər

Orphus sistemi