Bakı Ali Neft Məktəbində Elmi Şuranın sonuncu iclası Milli Qurtuluş gününə həsr olunub

Bakı Ali Neft Məktəbində Elmi Şuranın sonuncu iclası Milli Qurtuluş gününə həsr olunub Rektor Elmar Qasımov "Bakı 2015"də Bakı Ali Neft Məktəbinin tələbələrinin də könüllü kimi iştirak edəcəklərini deyib
Elm və təhsil
12 İyun , 2015 11:15
Bakı Ali Neft Məktəbində Elmi Şuranın sonuncu iclası Milli Qurtuluş gününə həsr olunub

Bakı. 12 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 2014/2015-ci tədris ili üzrə BANM-in Elmi Şurasının sonuncu iclası keçirilib. Ali Məktəbdən "Report"a verilən xəbərə görə, rektor Elmar Qasımov sonuncu iclasın 15 iyun - Milli Qurtuluş gününə həsr olunduğunu bildirib.

Rektor Elmar Qasımov deyib ki, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu var: "Bu müstəqillik və azadlıq heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir. Azərbaycan xalqı öz müstəqilliyinə, ölkədə sabitliyə məhz 1993-cü ildə xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşub. Heydər Əliyevin bu müdrik addımı nəticəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı".

Ümummilli lider Heydər Əliyevin o zaman atdığı müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil güclü dövlətə çevrildiyini bildirən E.Qasımov Prezident İlham Əliyevin Ulu öndərin ideyalarının davamçısı olduğunu diqqətə çatdırıb.

O, həmçinin Azərbaycanda Avropa Oyunlarının açılışını xatırladaraq beynəlxalq tədbirdə Bakı Ali Neft Məktəbinin tələbələrinin də könüllü kimi iştirak edəcəklərini deyib.

Sonra rektor qarşıdan gələn 2015/2016-cı tədris ilinin də uğurla başlanacağına, BANM-in yeni tədris ilində daha yeni uğurlara imza atacağına əminliyini ifadə edib. 

Son xəbərlər

Orphus sistemi