Yuxarı

Bakı Ali Neft Məktəbində “Bayraq günü” qeyd olunub

BANM-in binasının üzərində Azərbaycan bayraqları asılıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 9 noyabr - “Bayraq günü” münasibətilə təhsil ocağının bütün auditoriyalarında ilk dərs bu tarixi günə həsr olunub

Bu barədə “Report”a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, bu, BANM-in rektoru Elmar Qasımovun göstərişi ilə olub. 

Eyni zamanda, BANM-in binasının üzərində Azərbaycan bayraqları asılıb.

Dərslərdə professor-müəllim heyəti tələbələrə Azərbaycan dövlətinin rəsmi dövlət atributlarından biri olan bayrağımıza hörmətlə yanaşmağı, hər zaman dövlətçiliyimizin qorunmasına çalışmağı, bayrağımızı həmişə şərəflə uca tutmağı tövsiyə ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi