Bakı Ali Neft Məktəbində “Bayraq günü” qeyd olunub

Bakı Ali Neft Məktəbində “Bayraq günü” qeyd olunub BANM-in binasının üzərində Azərbaycan bayraqları asılıb
Elm və təhsil
8 Noyabr , 2016 11:24
Bakı Ali Neft Məktəbində “Bayraq günü” qeyd olunub

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 9 noyabr - “Bayraq günü” münasibətilə təhsil ocağının bütün auditoriyalarında ilk dərs bu tarixi günə həsr olunub

Bu barədə “Report”a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, bu, BANM-in rektoru Elmar Qasımovun göstərişi ilə olub. 

Eyni zamanda, BANM-in binasının üzərində Azərbaycan bayraqları asılıb.

Dərslərdə professor-müəllim heyəti tələbələrə Azərbaycan dövlətinin rəsmi dövlət atributlarından biri olan bayrağımıza hörmətlə yanaşmağı, hər zaman dövlətçiliyimizin qorunmasına çalışmağı, bayrağımızı həmişə şərəflə uca tutmağı tövsiyə ediblər. 

Son xəbərlər

Orphus sistemi