Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təltif olunub

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təltif olunub Mükafatı “Azərbaycan Universitetleri” facebook səhifəsinin rəhbəri Zöhrab Süleyman təqdim edib
Elm və təhsil
13 Fevral , 2015 10:55
Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təltif olunub

Bakı. 13 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova “2014-cü ilin ən yaxşı mətbuat xidməti” sosial sorğusunun qalibi olaraq diplomla təltif olunub.

“Report” xəbər verir ki, Qafqazın ən böyük təhsil-facebook səhifəsi olan “Azərbaycan Universitetleri” səhifəsinin Azərbaycanın bütün tələbələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova ilin ən yaxşı mətbuat xidməti rəhbəri seçilib.

Diplomu Zeynab Kazımovaya “Azərbaycan Universitetleri” facebook səhifəsinin rəhbəri Zöhrab Süleyman təqdim edib.

Xatırladaq ki, təltif olunanlar arasında BDU-nun və "ADA"nın analoji struktur rəhbərləri də yer alır. 

Son xəbərlər

Orphus sistemi