Yuxarı

Bakı Ali Neft Məktəbi Prezident təqaüdü alan tələbələrin sayına görə ölkə rekordu vurub

Bakı Ali Neft Məktəbi Prezident təqaüdü alan tələbələrin sayına görə ölkə rekordu vurub
Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 101 nəfərə çatıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyevin sərəncamı ilə 2017/2018-ci tədris ilində Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 24-ü Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olub. 

Ali Məktəbdən "Report"a verilən məlumata görə, BANM I ixtisas qrupu üzrə ölkə lideri olub. 

BANM bununla da I ixtisas qrupu üzrə tarixi rekordu müəyyənləşdirib. Belə ki, buna qədər böyük rəqabətin getdiyi I qrupda heç bir universitet maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb.

24 Prezident təqaüdçüsündən 7 nəfər 700 bal, 13 nəfər 695 bal, 1 nəfər 691 bal, 3 nəfər isə 690 bal toplayıblar. Onlardan 21 nəfəri “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, 2 nəfəri “Kimya mühəndisliyi”, 1 nəfəri isə “Neft-qaz mühəndisliyi” ixtisasını seçib.

Beləliklə, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 101 nəfərə çatıb.  

Prezident təqaüdçülərinin ali məktəblər üzrə bölgüsü

Ali məktəb Prezident təqaüdçülərinin sayı
Azərbaycan Tibb Universiteti 26
Bakı Ali Neft Məktəbi 24
Azərbaycan Dövlət İqtisad Universiteti 17
Bakı Dövlət Universiteti 16
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 9
“ADA” Universiteti 6
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1
Naxçıvan Dövlət Universiteti 1
UFAZ 1
Polis Akademiyası 1
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi