Bakı Ali Neft Məktəbi beynəlxalq sərgidə təmsil olunub

Bakı Ali Neft Məktəbi beynəlxalq sərgidə təmsil olunub Sərgidə BANM-lə yanaşı, Azərbaycanın bir sıra ali təhsil müəssisələri də iştirak ediblər
Elm və təhsil
2 Mart , 2016 10:58
Bakı Ali Neft Məktəbi beynəlxalq sərgidə təmsil olunub

Bakı. 2 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) Türkiyənin İstanbul şəhərində Avrasiya Universitetlər Birliyinin keçirdiyi Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti çərçivəsində təşkil olunan sərgidə ayrıca stendlə təmsil olunub.

Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, sərgidə BANM-lə yanaşı, Azərbaycanın bir sıra ali təhsil müəssisələri də iştirak ediblər.

Türkiyə, İtaliya, ABŞ, Qazaxıstan və Almaniyanın ali təhsil müəssissələrinin, o cümlədən Avropa Tələbə Xidmətləri Mərkəzi, DAAD, Study in Turkey, Study Portal və Mezun təşkilatlarının stendlərinin də nümayiş olunduğu sərgidə BANM haqqında geniş məlumatlar, nəşrlər göstərilib.

Xatırladaq ki, Avrasiya Universitetlər Birliyinin keçirdiyi Avrasiya Beynəlxalq Ali Təhsil Sammitinin məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Sakit Okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında elmi-texniki, iqtisadi və mədəni əməkdaşlığın qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılması olub. 

Son xəbərlər

Orphus sistemi