Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır Proqram Komitəsinin iclası keçirilib
Elm və təhsil
17 Aprel , 2017 11:21
Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır
BANM

Bakı. 17 aprel. REPORT/ Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan 2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” forumunun Proqram Komitəsinin iclası keçirilib.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, forum SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın Confidence Capital Ltd şirkətinin birgə təşkilatçılığı ilə aprelin 25-dən 28-dək Bakıda baş tutacaq. 

İclasda forumun Proqram Komitəsinin sədri, BANM-in rektoru Elmar Qasımov və sözügedən komitənin həmsədri, Confidence Capital Ltd şirkətinin baş direktoru Andrey Rudenko iştirak ediblər. Görüşdə qeyd olunub ki, II SOCAR beynəlxalq forumu ciddi maraq doğurur. Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirində 15 ölkədən nümayəndə iştirakını təsdiqləyib. Onların arasında Azərbaycan, Avstriya, Belorus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Kipr, Litva, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, ABŞ, Ukrayna, İsveçrə və digər ölkələrinin 100-dən artıq nümayəndəsi foruma qoşulacaqlar.

Forumda SOCAR-ın aparıcı struktur bölmələri rəhbərlərinin iştirakı, o cümlədən Qaz İxrac İdarəsi, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Sərmayələr İdarəsi və SOCAR-ın Ceneva şəhərində yerləşən bölmələrinin və SOCAR-Ukrayna rəhbərliyinin nümayəndələrin iştirakı gözlənilir.

Proqram Komitəsinin iclasında 2-ci SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumunun təşkilatı məsələlərinin müzakirəsi keçirilib. 

Son xəbərlər

Orphus sistemi