Bakı. 5 sentyabr. REPORT.AZ/ Əsas məqsədi ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlar hazırlamaq olan Bakı Ali Neft Məktəbi (
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının hər iki mərhələsi üzrə ümumi 13 nəfər 700 bal toplayıb və onların hamısı BANM-ı seçib.
700 bal toplamış abituriyentin hər biri artıq Ali Məktəbdə qeydiyyatdan keçiblər. Onların BANM-dakı ixtisas seçimi aşağıdakı kimi olub:
1. Xəyal Fərzəliyev - İnformasiya təhlükəsizliyi
2. Elgün Zamanlı - İnformasiya təhlükəsizliyi
3. Əsra Bayramova - İnformasiya təhlükəsizliyi
4. Şəkər Qədirli - İnformasiya təhlükəsizliyi
5. Aslan Aşirov - İnformasiya təhlükəsizliyi
6. Tapdıq Məhərrəmli - İnformasiya təhlükəsizliyi
7. Vasif Əsədov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
8. Kənan Məhəmmədli - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
9. Azər Zeynallı - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
10. Sona Mehdizadə - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
11. İlqar Məmmədov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
12. Anar Abıyev - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
13. Rüstəm Qarayev - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
Qeyd edək ki, ötən il də I qrup üzrə 7 nəfər 700 ballı abituriyentin hamısı BANM-ı seçmişdi. Bu zamana qədər BANM-dan başqa Azərbaycanın heç bir universiteti bu göstəricini reallaşdıra bilməyib.
Bu il bütün ixtisas qrupları üzrə 700 bal toplamış abituriyentlərin seçdikləri ali məktəblərin statistikası isə belədir:
№ | Ali Məktəbin adı | abituriyentin sayı (nəfər) |
1 | Bakı Ali Neft Məktəbi | 13 |
2 | Azərbaycan Tibb Universiteti | 5 |
3 | ADA Universiteti | 5 |
4 | Bakı Dövlət Universiteti | 3 |
5 | Dövlət İdarəçilik Akademiyası | 2 |
6 | Azərbaycan Dövlət İqtisad Universiteti | 1 |