Bakalavr və magistrlər üçün təcrübə proqramına start verilib

Bakalavr və magistrlər üçün təcrübə proqramına start verilib Yekun tədbirdə təcrübəçi tələbələrə uğurlu iştirakına görə sertifikatlar veriləcək
Elm və təhsil
28 Yanvar , 2015 18:59
Bakalavr və magistrlər üçün təcrübə proqramına start verilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) ərəb və fars dillərində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələr üçün həftəlik təcrübə proqramına start verilib. 

"Report" xəbər verir ki, proqram MEK-in Şərq ədəbiyyatı fondunun əməkdaşı Aysel Osmanovanın təşəbbüsü ilə Azərbaycan Ərəbşünaslar Şəbəkəsinin MEK ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Proqrama Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı İslam Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Avrasiya Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alan, proqramın seçim turundan uğurla keçmiş 42 tələbə cəlb olunub.

Təcrübə zamanı tələbələr Şərq ədəbiyyatı fondunda ərəb və fars mənbələrinin sənədləşdirilməsi və arxivləşdirilməsi prosesini öyrənəcək. Eyni zamanda, onlar MEK-in köçürülmə prosesində iştirak etməklə mənbələrin sənədləşdirilməsi və arxivləşdirilməsi işinə yardımçı olacaqlar.

Fevral ayının 6-na qədər davam edəcək proqramın yekun tədbirində təcrübəçi tələbələrə uğurlu iştirakına görə sertifikatlar veriləcək.

Son xəbərlər

Orphus sistemi