Yuxarı

​Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi valideynlərin istilik sistemi ilə bağlı şikayətlərini nəzarətə götürüb

Binəqədi və Xəzər rayonlarında səyyar qəbullar keçirilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Binəqədi və Xəzər rayonlarında səyyar qəbullar keçirilib.

Bu barədə “Report”a idarədən bildirilib.

Xəzər rayonu üzrə 185 saylı məktəbdə keçirilən səyyar qəbulda Qala qəsəbəsində yerləşən 92, 185, 216, 323, Türkan qəsəbəsində yerləşən 119, 262, 256 saylı məktəblərin müəllim və valideynlərinin müraciətləri dinlənilib.

Binəqədi rayonu üzrə 276 saylı məktəbdə keçirilən səyyar qəbula isə Dərnəgül massivində yerləşən 3, 102, 276, VII mikrorayonda yerləşən 126, 244, VIII mikrorayonda yerləşən 83, 135, 248, 283 saylı məktəblərin, 3 saylı Uşaq-Gənclər Şahmat İdman Məktəbinin, 27 saylı Uşaq Yaradıcılıq Mərkəzinin, 14 saylı Uşaq-Gənclər Şahmat İdman Məktəbinin müəllim və valideynləri müraciət ediblər.

Xəzər rayonu üzrə 15 müraciət, Binəqədi rayonu üzrə isə 4 müraciət qəbul olunub.

Əsas müraciətlər məktəblərin təmir edilməsi, istilik sistemi, müəllimlərin yerdəyişməsi, şagirdlərin musiqiyə olan marağını daha da artırmaq üçün məktəblərdə müəyyən dərnəklərin təşkil edilməsi ilə bağlı olub. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən dinlənilib və idarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi