Yuxarı
    Bağlamaq

    Breyn Rinqə hazırlıq çərçivəsində görüş keçirilib

    Çempionata hazırlıqla əlaqədar məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar da verilib

    Bakı. 18 avqust. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Bilik” Kuboku və Məktəblilər arasında Breyn Rinq üzrə Azərbaycan Çempionatına hazırlıq çərçivəsində görüş keçirilib.

    İdarədən "Report"a verilən məlumata görə, görüşdə BŞTİ-nin sektor müdiri Şahin İsgəndərov, Təhsil Nazirliyinin nümayəndəsi Qeyrət Şirəliyev, İntellektual Klublar Assosiasiyasının və “Məktəblinin dostu” layihəsinin təmsilçiləri, o cümlədən məktəb direktorları iştirak edib.

    Bildirilib ki, Təhsil Nazirliyi və İntellektual Klublar Assosiasiyasının birgə təşəbbüsü ilə 2013-cü ildən AzTV telekanalında reallaşdırılan Breyn Rinq layihəsi cari ildə də həyata keçiriləcək. “Bilik” Kuboku və Məktəblilər arasında Breyn Rinq üzrə Azərbaycan Çempionatının televiziya çəkilişləri sentyabrın 1-dən 4-dək aparılacaq.

    Tədbirdə çempionata hazırlıqla əlaqədar məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar da verilib.

    Qeyd edək ki, “Bilik” Kuboku və Məktəblilər arasında Breyn Rinq üzrə Azərbaycan Çempionatının əsas məqsədi gənclər arasında intellektual hərəkatı inkişaf etdirmək, gənc nəslin biliyini genişləndirmək, onlara sağlam rəqabət ruhunu aşılamaqdan ibarətdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi