Yuxarı
    Bağlamaq

    Bakıda "Winter Bazar" qış yarmarkası keçirilib

    Bakı. 3 dekabr. REPORT.AZ/ Bakıda Beynəlxalq Əlillər Günü ərəfəsində "Winter Bazar" qış yarmarkası keçirilib.

    "Report" xəbər verir ki, "HQS Group" şirkətinin təşkil etdiyi tədbirin əsas məqsədlərindən biri əl işləri ilə məşğul olan insanları üzə çıxarmaqdır.

    Təşkilatçılardan biri olan Viktoriya Abdullayeva bildirib ki, yarmarkadan əldə edilən gəlirdən əlil uşaqlara və uşaq evlərinə maddi yardım ayrılacaq: “Burada əlil insanların, uşaq evlərində yaşayan uşaqların əl işləri sərgilənir. Eyni zamanda 60-dan çox brend marka öz məhsullarını təqdim edir. Yarmarkadan əldə olunan gəlirin müəyyən hissəsi əlil, kimsəsiz və sağlamlıq imkanları məhdud şəxslərə sərf olunacaq”.

    Sərgidə ən çox maraq göstərilən brendlərdən biri "Sweet Diet" şirniyyat evi olub. Çünki bu müəssisə diabet xəstəliyindən əziyyət çəkənlər üçün nemətlər hazırlayır. Azərbaycanda bu cür başqa şirniyyat evi, demək olar, yoxdur.   

    Qeyd edək ki, "Sweet Diet" şirniyyat evi 2012-ci ildən fəaliyyət göstərir. Digər şirniyyatlar ilə müqayisədə "Sweet Diet"də hazırlanan şirniyyatların kalorisi 3-4 dəfə azdır. Şirniyyatlarda un yulaf kəpəyi, şəkər isə şəkər əvəzləyicisi ilə əvəz olunur. Burada hazırlanan süd, qatıq, kəsmik kimi məhsulların hamısı yağsızdır. Məhsullar diabetdən əziyyət çəkən, pəhriz saxlayan və kökəlmək istəməyən insanlar üçün ideal hesab olunur.

    Xatırladaq ki, "Winter Bazar" qış yarmarkası artıq ikinci ildir təşkil edilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi