​Azərbaycan universitetinin alimi Avstriyanın fəxri ordeni ilə təltif olunub

​Azərbaycan universitetinin alimi Avstriyanın fəxri ordeni ilə təltif olunub Dosent Vilayət Hacıyev Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafındakı roluna və Avstriya ədəbiyyatının tədqiqinə görə ordenlə təltif olunub
Elm və təhsil
17 Sentyabr , 2014 16:34
​Azərbaycan universitetinin alimi Avstriyanın fəxri ordeni ilə təltif olunub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) alimi Avstriyanın fəxri ordeni ilə təltif olunub.

Bu barədə "Report"a ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Belə ki, Avstriya prezidenti  ölkənsinin  Elm, Tədqiqat və İqtisadiyyat nazirinin təqdimatı əsasında Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyevi Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında töhfələrə, Avstriya ədəbiyyatının tədqiqinə görə “Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç” ordeni ilə təltif edilib.

Xatırladaq ki, Avstriya Respublikası Federal Təhsil, Elm və Mədəniyyət Nazirliyi də 2013-cü ildə V.Hacıyevə Frans Kafkanın “Məhkəmə” romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görə “Tərcümə mükafatı” verib.

Son xəbərlər

Orphus sistemi