AzTU tələbələrinin yanvar təqaüdləri köçürülüb

AzTU tələbələrinin yanvar təqaüdləri köçürülüb Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinin yanvar ayı üçün təqaüdləri bu gün müvafiq bank hesabına köçürülüb.
Elm və təhsil
20 Fevral , 2018 15:43
AzTU tələbələrinin yanvar təqaüdləri köçürülüb
Report

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinin yanvar ayı üçün təqaüdləri bu gün müvafiq bank hesabına köçürülüb.

Bu barədə “Report”a Universitetdən bildirilib.

Qeyd edilib ki, tələbələr təqaüdlərini artıq ala bilərlər.

“Sosial şəbəkələrdə yayılan “tələbələrə 3 aydır ki, təqaüd verilmir” iddiasına cavab olaraq bildiririk ki, hələ fevral ayının 20-dir. Məlum olduğu kimi, 2018-ci ilin ilk 3 ayı, heç 2 ayı da yekunlaşmayıb. Buna görə də, səsləndirilən iddianın əsasız olduğunu bir daha vurğulayırıq. Fevral ayının təqaüdlərinə gəlincə, təqaüd alacaq tələbələrin rekvizitləri Maliyyə Nazirliyinə təqdim olunub. Müvafiq sənədləşmə və sistemləşmə işləri yekunlaşandan sonra tələbələrimiz fevral təqaüdlərini də ala biləcəklər” - deyə AzTU-dan əlavə olunub.

Son xəbərlər

Orphus sistemi